Ann Dersi: “İranın nüvə silahına malik olması nə Azərbaycana, nə də ABŞ-a lazımdır”

Ann Dersi: “İranın nüvə silahına malik olması nə Azərbaycana, nə də ABŞ-a lazımdır”
# 12 mart 2007 10:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Xəzər Universitetinin tələbələri ilə görüşdə ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi söyləyib. Əvvəllər bir müddət İraqda çalışdığını deyən səfir bu ölkədə keçirilən şəffaf və ədalətli seçkilərin ölkədə demokratiyanın inkişafına müsbət təsir göstərdiyini deyib: “2005-ci ildə İraqda müvəqqəti hökumətin formalaşması üçün seçkilər keçirilən zaman gözü yaşlı vətəndaşlar gördüm. Gözləri yaşla dolan iraqlılar bildirirdi ki, onlar ilk dəfədir öz seçki hüquqlarından istifadə edirlər. Sonrakı seçkilərdə iştirak edən iraqlıların sayı hər dəfə artırdı. Hesab edirik ki, İraq xalqı insan hüquq və azadlıqlarından istifadə etmək hüququna malikdir və bu işdə İraq xalqına kömək edəcəyik”. ABŞ-İran münasibətlərinə aydınlıq gətirən Ann Dersi ölkəsinin Tehranla hərbi qarşıdurma üçün bəhanə axtarmadığını deyib: “Biz hərbi qarşıdurma üçün bəhanə axtarmırıq. Uzun illər boyu diplomatik yollarla İranı nüvə silahı yaratmaq ideyasından daşındırmağa çalışmışıq. İranın nüvə proqramını sülh məqsədləri üçün istifadə etməsinin əleyhinə deyilik. Biz çox ölkələr öz dinc nüvə proqramlarını uğurla inkişaf etdirir. İranın nüvə silahına malik olması nə Azərbaycana, nə ABŞ-a, nə də dünya ictimaiyyətinə lazımdır. Ümid edirik ki, İran hökuməti problemin diplomatik yolla həllinə nail olacaq. Bu, həm İran hökumətinin, həm də İran xalqının maraqlarına cavab verir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR