Arxangelsk və Severodvinsk şəhərlərində Novruz şənlikləri keçiriləcək
12 mart 2007 11:28 (UTC +04:00)
Martın 27-28-də Rusiya Federasiyasının Arxangelsk vilayətinin Arxangelsk və Severodvinsk şəhərlərində “Azərbaycan günləri” çərçivəsində Novruz bayramı şənlikləri keçiriləcək. Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, şənlikləri Baş Konsulluq Arxangelsk vilayətinin administrasiyası ilə birlikdə təşkil edəcək. Tədbirlər çərçivəsində Arxangelsk və Severodvinsk şəhərlərinin konsert zallarında Azərbaycanın musiqi irsinin (“Muğam” triosu, milli rəqslər, vokal, Azərbaycan klassik və müasir musiqiləri), Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin və “Müasir Azərbaycan” adlı fotosərginin nümayiş etdirilməsi nəzərdə tutulub. Bundan başqa, Arxangelsk şəhərinin milli kitabxanasında “Azərbaycan kitabları” bölməsinin açılışı olacaq və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğu ilə Arxangelsk Milli Kitabxanası arasında əməkdaşlıq sazişi imzalanacaq. /APA/
Xarici siyasət
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb
11:02
6 may 2024
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
18:02
5 may 2024
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024