Zurab Qumberidze: “Gürcüstan öz ərazilərində ürəyi istəyən layihəni həyata keçirəcək”
13 mart 2007 15:27 (UTC +04:00)
“Gürcüstan Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinin reallaşmasını istəməyən Axalkələk ermənilərinə qarşı hər hansı addım atmaq niyyətində deyil. Gürcüstan öz ərazilərində ürəyi istəyən layihəni həyata keçirəcək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze verib. Gürcüstanın NATO-ya üzv qəbul olmaq istiqamətində aktiv iş apardığını deyən Qumberidze ölkəsinin bu niyyətini heç zaman gizlətmədiyini vurğulayıb: “Biz heç zaman NATO-ya üz olmaq fikrimizi gizlətməmişik. Buna misal kimi Gürcüstan parlamentində təmsil olunan bütün siyasi partiyaların ölkənin NATO-ya üzv olmaq qərarını dəstəklədiyini göstərə bilərəm. Bizim arzumuz göz önündədir, artıq NATO üzvü olan ölkələrin bu məsələni necə həll edəcəyini gözləmək qalır”. /APA/
Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
18:02
5 may 2024
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024