Bank Of Baku

Səfir Kşiştof Krayevski: “Polşa prezidentinin Azərbaycan səfəri zamanı imzalanacaq sənədlər üzərində iş gedir”

Səfir Kşiştof Krayevski: “Polşa prezidentinin Azərbaycan səfəri zamanı imzalanacaq sənədlər üzərində iş gedir”
# 13 mart 2007 16:27 (UTC +04:00)
“Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana səfərinin proqramı artıq hazırdır”. APA-nın məlumatına görə, bu sözləri Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Kraevski deyib. Proqramın səfərlə bağlı yaradılmış işçi qrup tərəfindən hazırlandığını bildirən diplomat səfər çərçivəsində prezidentin keçirəcəyi görüşlərin qrafikinin də artıq müəyyənləşdirildiyini vurğulayıb: “Polşa prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyev, baş nazir Artur Rəsizadə, parlamentin spikeri Oqtay Əsədovla görüşü nəzərdə tutulub”. Səfir onu qeyd edib ki, səfər zamanı bir sıra sənədlər də imzalanacaq. Hazırda sənədlər üzərində iş aparılır.
Qeyd edək ki, Polşa prezidentinin Azərbaycana səfəri martın 30-31-nə planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR