Bank Of Baku

Nikolay Patskeviç: “Bu ay Gəncə avtomobil zavodunda ilk “Belarus” traktorları yığılacaq”

Nikolay Patskeviç: “Bu ay Gəncə avtomobil zavodunda ilk “Belarus” traktorları yığılacaq”
# 14 mart 2007 09:35 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib. Xatırladaq ki, Gəncə avtomobil zavodunun bazasında Belarus traktorları və avtomobillərinin yığılması barədə razılaşma Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı imzalanıb. Səfir bildirib ki, artıq layihənin reallaşdırılmasına başlanılıb. Müəssisənin istehsal gücü haqqında suala cavab verən N. Patskeviç Gəncə avtomobil zavodunun Azərbaycanın bu sahədəki tələbatını ödəməyə qadir olduğunu söyləyib. Diplomat qeyd edib ki, bu il 500-600 traktor və onlarla avtomobilin yığılması mümkündür: “Bu, yaxşı nəticə sayılacaq, çünki ifrat tələskənlik özünü doğrultmaya bilər. Ona görə ki, müvafiq kadrlar hazırlamaq, iş sistemini sınaqdan keçirmək lazımdır”. Gəncədə yığılmış traktorların necə adlandırılacağına gəldikdə, səfir hesab edir ki, bu məsələdə fərq olmalıdır və traktorun adı onun yığıldığı ölkəni əks etdirməlidir. N. Patskeviçin fikrincə, Gəncə avtomobil zavodu təkcə Azərbaycanın yox, ətraf ölkələrin də tələbatını nəzərə almalıdır: “Əgər burda əla istehsal imkanları yaradılacaqsa və normal keyfiyyət olacaqsa, traktorları Belarusdan gətirməyə nə ehtiyac var? Traktorları burda yığıb qonşu bazarları da təmin etmək lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR