Bank Of Baku

Xose Luis Herrero Ansola: “Neft ixracından əldə olunan gəlirləri digər sektorların inkişafına da yönəltmək lazımdır”

Xose Luis Herrero Ansola: “Neft ixracından əldə olunan gəlirləri digər sektorların inkişafına da yönəltmək lazımdır”
# 15 mart 2007 11:29 (UTC +04:00)
“Neft ixracından əldə olunan gəlirlər Azərbaycana bir çox ölkənin malik olmadığı imkanlar yaradır. Bu imkanları digər sektorların inkişafına da yönəltmək lazımdır. Neft sektoru hələ hər şey demək deyil. İqtisadiyyat, siyasət, qanunvericilik, vətəndaş cəmiyyəti sahələrində yeni strukturlar və mexanizmlər yaradılması üçün səy göstərilməlidir”. APA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola jurnalistlərə açıqlamasında deyib. Diplomat Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafına diqqət çəkərək bunun bir çox pozitiv nəticəyə, xüsusən yoxsulluğun azalmasına gətirib çıxara biləcəyini vurğulayıb: “Mən bilirəm ki, Azərbaycanda infrastruktur sahəsində investisiyalardan, tikinti bumundan başlamış qanunvericilik islahatlarına qədər bütün sahələrdə dəyişiklik baş verir”.
Xatırladaq ki, Xose Luis Herrero Ansola ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsində ötən ay fəaliyyətə başlayıb. O, daha əvvəl Kosovo, Ruanda, Haiti və Cenevrədə çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR