Bank Of Baku

İsrailin Azərbaycandakı səfiri Oğuz, Şəki və Tovuz rayonlarında olacaq

İsrailin Azərbaycandakı səfiri Oğuz, Şəki və Tovuz rayonlarında olacaq
# 16 mart 2007 08:04 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfiri Artur Lenk martın 20-23-də Oğuz, Şəki və Tovuz rayonlarında olacaq. Səfirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, səfir martın 20-də Oğuz İcra Hakimiyyətinin başçısı Kamil Rəhimovla birlikdə rayonda bərpa olunmuş sinaqoqun açılış mərasimində iştirak edəcək və yəhudi icmasının nümayəndələri ilə görüşəcək. Martın 21-də Şəki rayonunda Novruz bayramını qeyd etdikdən sonra Artur Lenk millət vəkili Qənirə Paşayevanın dəvəti ilə martın 22-də Tovuz rayonuna yollanacaq. O, rayon rəhbərliyi və yerli iş adamları ilə görüşəcək. Söhbət zamanı iqtisadi əməkdaşlığın inkişafı məsələsi əsas müzakirə mövzusu olacaq. Səfir yerli sahibkarları oktyabrın 30-dan noyabrın 1-nə kimi İsraildə keçiriləcək WATEC (Su Texnologiyaları və Ətraf Mühitə Nəzarət) sərgi-konfransına dəvət edəcək. Rayonun görməli yerlərinə gəzintidən sonra Tovuz Mədəniyyət Evində gənc istedadlarla görüş və yerli televiziya kanalına müsahibə nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR