Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyi Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə yardım edəcək

Türkiyənin Azərbaycandakı səfirliyi Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə yardım edəcək
# 16 mart 2007 13:54 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkün ailələrinə yardım paylayacaq. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Bu ilin ilk yardım kampaniyası martın 20-də saat 10:30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə Xırdalanda (Hacı Zeynalabdin Tağıyev küçəsi-40, Mədəniyyət Evi) keçiriləcək və 200 ailəyə bayram hədiyyələri paylanacaq. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Novruz və Qurban bayramları münasibətilə qaçqın və məcburi köçkün ailələrinə yardım paylaması artıq ənənə şəkli alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR