Bank Of Baku

Azərbaycanın İstanbuldakı konsulluğu Sultanəhməd meydanında Novruz şənliyi keçirib

Azərbaycanın İstanbuldakı konsulluğu Sultanəhməd meydanında Novruz şənliyi keçirib
# 21 mart 2007 12:47 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı konsulluğu bu şəhərdə Novruz şənliyi təşkil edib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Sultanəhməd meydanında keçirilən tədbirdə Novruz tonqalı yandırılıb, Azərbaycan rəqsləri və musiqiləri səsləndirilib. Bu meydanda olan xaricilərin də qatıldığı şənlikdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran bu bayramın əsrlərdir ki, türk xalqları tərəfindən qeyd edildiyini deyərək, bayramın dəyərli adət-ənənələrindən danışıb. Daha sonra Novruz nemətləri bayram şənliyinə qatılanlara paylanılıb, yumurta döyüşü olub. Daha sonra Azərbaycan xalq oyunları, pəhləvanların ifasında müxtəlif səhnələr nümayiş etdirilib. Bu gün Ankara və Bursada keçirilən Novruz şənliklərinə də Azərbaycandan sənət adamları qatılıb, müxtəlif Azərbaycan dərnəkləri şənlikdəkilərv Novruz xonçaları paylayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR