Çin səfiri Çjan Xayçjou: “Son 11 ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 100 dəfə artıb”
- Bu il Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 15 ili tamam olur. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr gündən-günə inkişaf edir, iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri qurulub. Çin Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir, Çin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr qurmuş ilk ölkələrdən biridir. Bundan başqa Çin və Azərbaycan bir birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, xalqları tərəfindən seçilmiş inkişaf yollarına hörmət edir, beynəlxalq arenada mühüm məsələlər üzrə sıx məsləhətləşmələr aparır, bu sahədə əməkdaşlıq edir. Bizim ölkələr bir birinə etibar edən tərəfdaşlardır, Çin-Azərbaycan münasibətləri bərabərlik, qarşılıqlı fayda və birgə dinc yaşama prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlər üçün parlaq nümunədir.
- Bu il Çin Xalq Respublikası rəhbərlərinin Azərbaycana səfərləri nəzərdə tutulubmu?
- Diplomatik əlaqələr qurulduqdan sonra Çin ilə Azərbaycan arasında yüksək səviyyədə sıx əlaqələr mövcuddur. 1994-cü ildə məhrum prezident Heydər Əliyev Çinə ilk rəsmi səfər həyata keçirib. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafına təkan verən Çin ilə Azərbaycan arasında dostluq münasibətlərinin əsasları haqqında birgə bəyanat və 30-dan artıq vacib sənəd imzalanıb. 2005-ci ilin martında prezident İlham Əliyev Çinə rəsmi səfər edib, Çin Xalq Respublikasının sədri Xu Tsintao ilə çox mühüm görüşlər keçirib, ikitərəfli əlaqələrin gələcək inkişafına impuls verən müxtəlif məsələlər üzrə vahid mövqelər əldə edilib. 2000-ci ildə Ümumçin Xalq Nümayəndələri Məclisinin daimi komitə sədri Li Pen, baş nazirin müavini Çen Tsiçen, parlament sədrinin müavinləri Van Binnan, Timur Davamati və Süy Tszəlu, xarici işlər naziri Li Çjaosin və baş prokuror Tszə Çunvan Azərbaycanda səfərdə olublar.
- Azərbaycan və Çin şirkətləri iqtisadi sahədə əməkdaşlığına dair hansı layihələr üzərində iş gedir?
- İqtisadi-ticari əməkdaşlıq sahəsində böyük nailiyyətlər var. Bizim rəsmi statistikaya əsasən, 1995-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyon 780 min dolları olubsa, 2006-cı ildə isə bu rəqəm 368 milyon dollara çatıb. Bu, son 11 il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin 100 dəfə artması deməkdir. Son illər hər iki ölkənin iqtisadiyyatı surətlə inkişaf edir, bu isə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan yeni geniş bazar kimi çinli sərmayədarların diqqət mərkəzindədir. Hazırda həm enerji, həm də qeyri-enerji sektorunda dinamik əməkdaşlıq mövcuddur, bu əlaqələr adi ticarət əlaqələrindən yeni texnologiya, kommunikasiya və texniki xidmət sahələrinə keçib. Çinin çox nüfuzlu şirkətləri artıq Azərbaycan bazarında fəaliyyət göstərir. Buna misal olaraq enerji sahəsində fəaliyyət göstərən SINOPEK və SNPC, rabitə sahəsində çalışan “HUA WEI” və “Yongxing” şirkətlərini göstərmək olar. “China National Electronic Equipment Corporation” şirkəti isə Xaçmazda yüksək tezlikli stansiyanın inşası üzrə tenderin qalibi olub. Cənubi Çin aviaşirkəti isə mülki aviasiya üzrə Azərbaycanda əməkdaşlıq edir. Çinin Çuntsin şəhərindən olan şirkət Sumqayıtdakı tərəfdaşları ilə şüşə istehsalı üzrə yeni zavod inşa etmək barədə razılığa gəliblər. Sıçıoan mexaniki avadanlıq ixrac-idxal korporasiyası Gəncədə alüminium zavodunun tikintisində iştirak edəcək. Gəncə maşınqayırma zavodu Çinin tanınmış “Çanan” şirkətindən maşın istehsalı üçün xətt alıb.
- Rəsmi Pekinin Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinə münasibəti necədir? Çin mallarının Avropaya çatdırılması üçün bu yoldan istifadə oluna bilərmi?
- Çin Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu xəttinin tikilməsinə dair qərarına hörmət edir. Arzu edirəm ki, bu yol üç ölkənin və bütün regionun xalqlarına yeni inkişaf şansları və real nəticələr gətirsin. Düşünürəm ki, bu xətt hazır olduqdan və surətli xidmət göstərdikdən sonra çinli müştərilər də öz mallarının nəqli üçün bu yoldan istifadə edə bilərlər.
- Azərbaycan və Çinin təhsil və mədəniyyət sahəsində əlaqələrinin mövcud durumunu necə dəyərləndirirsiniz?
- Çin ilə Azərbaycan arasında təhsil sahəsində mübadilə əməkdaşlığı mövcuddur. Hər il hökumət səviyyəsində tələbələrin təhsili üçün 15 dövlət təqaüdü ayrılır. Bundan başqa Çin hökuməti Çində təhsil alan azərbaycanlı tələbələr üçün birtərəfli təqaüd ayırır, bu il 10 tələb üçün belə təqaüd ayrılıb. Biz Azərbaycanın ali təhsil müəssisələrində əlaçı oxuyan və Çin mədəniyyəti ilə maraqlanan, Çin dilini öyrənmək istəyən tələbələri seçəcəyik. Bunun üçün Çin dilində çıxış üzrə müsahibə keçirəcəyik, müsahibə qalibləri Çində oxumaq şansı əldə edəcək. Bundan başqa qeyri-hökumət xətti ilə Çində və Azərbaycanda təhsil alan tələbələrinin sayının ildən-ilə artdığını söyləmək olar. Hazırda Azərbaycanda 200-dən artıq çinli tələbə təhsil alır.
- Çində yaşayan və türk dilləri qrupuna məxsus olan uyğurlar ilə Azərbaycan arasında birbaşa əlaqələr varmı?
- Çində 56 millət yaşayır, uyğurlar ən böyük milli azlıqlardan biridir. Onlar öz ana dili, yazısı, dil və həyat tərzini qoruyublar. “12 uyğur muğamı” Çində çox populyardır, bu muğamlar YUNESKO-nun qeyri-maddi dünya irsinə daxildir. Uyğurların əksəriyyəti Sintszyan-Uyqurs Muxtar Rayonunda yaşayır. Rayon mərkəzi olan Urumçi ilə Bakı arasında iki xalqın əlaqəsi üçün rahatlıq yaradan birbaşa hava xətti mövcuddur. Əvvəllər “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən həftədə bir reys həyata keçirilirdisə, keçən ildən Cənubi Çin aviaşirkəti Urumçi-Bakı marşrutu açıb və bu marşrutla həftədə iki dəfə uçuşlar həyata keçirir. Bəzi hallarda bu reyslərə bilet əldə etmək problemi yaranır. Bir çox azərbaycanlılar Urumçidə Çin vətəndaşları, o cümlədən uyğurlarda birbaşa münasibətlər qurub. Azərbaycanlılar Çini məhz Urumçi şəhəri vasitəsilə tanıyıblar. Urumçi bizim xalqlar arasında əməkdaşlıq və ünsiyyətin dərinləşməsi üçün böyük və vacib rol oynayır. /APA/
Xarici siyasət
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Xəbər Lenti
Merz: İsrail Yaxın Şərqdə gərginliyin mənbəyinə çevrilməməlidir
G7 ölkələri Ukraynada uzaqmənzilli raketlərin istehsalını nəzərdən keçirir
Tramp: ABŞ və İran arasında saziş 48 saat ərzində imzalana bilər
DÇ-2026-da növbəti sensasiya: Portuqaliya Konqo DR ilə heç-heçə edib
CNN ABŞ və İran arasında əldə olunan 14 maddəlik anlaşma memorandumunun mətnini dərc edib
İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
Vladimir Putin Kazanda Hakan Fidanı qəbul edib
Niderland Ukraynaya 500 milyon avroluq yeni hərbi yardım ayıracaq
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
İsrail Qəzzada HAMAS-ın snayper bölməsinin komandirinin məhv edildiyini açıqlayıb
Tramp: İranla müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi
ABŞ Rusiya və Çini nüvə silahlarının azaldılması ilə bağlı birgə saziş bağlamağa çağırıb
ABŞ Prezidenti: Zelenski və Putin danışmalıdır, lakin bunu necə edəcəklərini bilmirlər
Tramp: İranla yekun saziş 60 gün ərzində əldə olunmasa, zərbələr bərpa ediləcək
Ağdamda sel təhlükəsi aradan qaldırılıb, 60 evin qaz təchizatı bərpa edilib - YENİLƏNİB
Tramp: ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib
II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib - FOTO - YENİLƏNİB
Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olub
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı məhkəmə başlayıb
Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub
Əmanətlərin Sığortalanması Fondunda ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib
Deputat Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verilib
Samvel Karapetyanın seçki blokundan deputatlığa namizəd tutulub
Sosial xidmətin inkişafına dair Dövlət Poqramının icrası müzakirə olunub
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
"Bloomberg": Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır
Abraham Hamade Milli Məclisin sədrini ABŞ Konqresində görməyi arzuladığını bildirib
XİN rəhbəri: 907-ci düzəliş Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır
Baş prokuror İƏT nümayəndə heyəti ilə görüşüb
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Xətaidə mağazadan 10 min manat oğurlanıb
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
HP: Rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Həbsdə olan şəxsin vaxtilə gizlətdiyi silahlar tapılıb - FOTO
“Azərsun Holdinq” “Milli Xalq Oyunları” Festivalına dəstək verib
Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub
Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Müdafiə naziri: Ukrayna dronları Krımı adaya çevirəcək
Təhsil tələbə krediti üzrə 85 min müqavilə rəsmiləşdirilib
Konstitusiya Məhkəməsində İƏT nümayəndə heyəti ilə görüş keçirilib