Bank Of Baku

Avstriyaya gedən Azərbaycan vətəndaşlarına viza Almaniyanın Bakıdakı səfirliyində veriləcək

Avstriyaya gedən Azərbaycan vətəndaşlarına viza Almaniyanın Bakıdakı səfirliyində veriləcək
# 27 mart 2007 16:11 (UTC +04:00)
Aprelin 15-dən başlayaraq Avstriyaya getmək istəyən Azərbaycan vətəndaşlarına Almaniyanın Bakıdakı səfirliyi viza verəcək. Bu barədə APA-ya Azərbaycanın Avstriyadakı səfirliyindən məlumat verilib. Diplomatın sözlərinə görə, bu razılıq keçən həftə əldə olunub. Xatırladaq ki, son ilyarım ərzində Avstriyaya getmək istəyən vətəndaşlarımız viza almaq üçün Türkiyəyə gedərək Avstriyanın oradakı səfirliyinə müraciət edirdilər. Əvvəllər isə Avstriyaya vizanı Fransanın Bakıdakı səfirliyi həyata verirdi. Bu müddət ərzində Avstriya Azərbaycanda fəaliyyət göstərən bir neçə Avropa səfirlikləri ilə viza xidməti göstərmək xahişi ilə danışıqlar aparıb, lakin nəticə əldə olunmamışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR