Bank Of Baku

Səfir Hüseyn Avni Qarslıoğlu: “Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqinin aradan qaldırılması nəzərdə tutulur”

Səfir Hüseyn Avni Qarslıoğlu: “Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqinin aradan qaldırılması nəzərdə tutulur”
# 29 mart 2007 11:35 (UTC +04:00)
Bu sözləri APA-nın sualının cavabında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu deyib. Səfirin sözlərinə görə, əlaqələrin inkişaf etdirilməsi üçün viza rejiminin aradan qaldırılması zəruridir və bu məsələ ilə bağlı görülən işlərin nəticəsi yaxın vaxtlarda bəlli olacaq. H. A. Qarslıoğlu hazırkı iqtisadi əlaqələrin inkişafına ehtiyac duyulduğunu da deyib: “Ticarət dövriyyəsinin artırılması hər iki dövlətin marağındadır. Hədəfimiz ticarət dövriyyəsinin 1 milyard dolları keçməsidir. Bu il də olmasa, 2008-ci ildə buna nail olmağa çalışacağıq. Bunun üçün ortaq investisiya qoyuluşunun sayının artırılmasına da cəhd edirik. Azərbaycana gələn Türkiyə iş adamları ilə bununla bağlı müvafiq görüşlər keçiririk”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR