Vasili İstratov: “Moskva türkmən qazının Azərbaycan vasitəsilə nəqli məsələsindən narahat deyil”
30 mart 2007 15:15 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov rəsmi Bakının türkmən qazının Azərbaycan vasitəsilə nəql olunması barədə bəyanatlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qazı hansı potensial və ya artıq mövcud olan marşrutlar vasitəsilə ixrac etməyin daha faydalı olduğuna Türkmənistan özü qərar verəcək. Səfir bildirib ki, Türkmənistan üçün karbohidrogen ehtiyatlarının nəqli üzrə 4 marşrut mövcuddur və bunlardan məhz birinin seçilməsində heç kim təkid edə bilməz. Rusiyanın mövqeyinə aydınlıq gətirən diplomat Moskvanın türkmən qazının Azərbaycan vasitəsilə nəqli məsələsindən narahatlıq keçirmədiyini, əksinə, bu ideyaya diqqət göstərdiyini söyləyib. /APA/
Xarici siyasət
Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir
08:59
3 may 2024
AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Azərbaycanda səfərdədir - FOTO
23:24
2 may 2024
Azərbaycan və Tacikistan XİN-ləri əməkdaşlıq haqqında memorandum imzalayıblar - FOTO
20:33
2 may 2024
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində olub
18:30
2 may 2024