Rusiya səfiri azərbaycanlıların Rusiyadan kütləvi deportasiyasının baş verməyəcəyini bildirib
03 aprel 2007 13:19 (UTC +04:00)
“Azərbaycanlıların Rusiyadan hər hansı kütləvi deportasiyası baş verməyəcək”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Yeni miqrasiya qanunvericiliyinin qüvvəyə minməsinə münasibət bildirən diplomat hələlik nəticə çıxarmağa tələsməməyi və situasiyanın inkişafını bir qədər gözləməyi məsləhət görüb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə Azərbaycan diasporasının Rusiya ərazisində özünü yaxşı hiss etdiyini vurğulayıb: “Biz bu məsələ ilə bağlı qarşılıqlı fəaliyyətdən razıyıq və iki ölkənin miqrasiya xidmətlərinin əlaqələrinin inkişafına ümid edirik. Azərbaycan bu sahədə bütün problemlərin müsbət yöndə həll edilməsindən məmnundur”. /APA/
Xarici siyasət
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andrija Mandiç ilə görüşüb - FOTO
21:06
26 aprel 2024
Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə ictimai dinləmələr başa çatıb
19:43
26 aprel 2024