Ankarada keçiriləcək “XII Beynəlxalq Gənc Diplomatlar Təhsil Proqramı” treninq kurslarına Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi də qatılacaq
04 aprel 2007 09:49 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə aprelin 9-da Ankarada “XII Beynəlxalq Gənc Diplomatlar Təhsil Proqramı” adlı treninq kursları keçiriləcək. APA-nın Türkiyə bürosunun məlumatına görə, konfransa 42 ölkədən gənc diplomatlar dəvət olunub. Hər ölkənin bir gənc diplomatla təmsil olunacağı treninq kursuna Azərbaycan Xarici İşlər Nazirliyinin də təmsilçisi qatılacaq. Treninq kurslarında Türkiyənin müxtəlif ali təhsil məktəblərinin professorları və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri diplomatiya və beynəlxalq əlaqələrə dair ingilis dilində mühazirələr oxuyacaqlar. Bundan başqa diplomatları Türkiyənin iqtisadi, tarixi, mədəniyyəti və turizm potensialını tanış etmək məqsədilə ekskursiyaların təşkili də nəzərdə tutulub. Aprelin 9-da Ankaranın “Midas Otel” mehmanxanasının akt zalında treninq kursunun açılış mərasimim keçiriləcək, mərasimdə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri, səfir Ərtoğtul Apakanın çıxışı nəzərdə tutulub. İlk dəfə 1992-ci ildə keçirilən Beynəlxalq Gənc Diplomatlar Təhsil Proqramı çərçivəsində bu günə kimi dünyanın müxtəlif ölkələrindən 463 diplomat xüsusi kurs keçib. Mayın 18-də başa çatacaq treninq kurslarına sabiq sovet respublikalarından yalnız Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ukrayna xarici siyasət idarələrinin nümayəndələri dəvət olunub. /APA/
Xarici siyasət
Norveçli səyyahlar Füzuli şəhərində olublar - YENİLƏNİB
09:11
2 may 2024
Azərbaycanla Avstraliya arasında siyasi, iqtisadi, əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO
01:18
2 may 2024
Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
23:37
1 may 2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
19:15
1 may 2024