Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə gedib
04 aprel 2007 15:17 (UTC +04:00)
Bu gün Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Gəncədə olub. APA-nın qərb bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşən səfir jurnalistlərə açıqlamasında Almaniyada mədəniyyət sahəsi üçün yeni layihə hazırlandığını bildirib. Diplomat əlavə edib ki, layihənin bir neçə hissəsinin Gəncə şəhərində həyata keçirilməsi planlaşdırılır: “Gəncə Azərbaycanın ən qədim, gözəl şəhərlərindən biridir və burada mədəniyyət sahəsində böyük potensial var. Biz bundan istifadə edib, gözəl layihələr həyata keçirməliyik. Şəhər rəhbəri ilə mədəniyyət sahəsində mövcud problem və imkanları müzakirə etdik”. Səfir həmçinin bildirib ki, Almaniya hökuməti Avropa Birliyinə sədrlik çərçivəsində yeni strateji plan tərtib etməyi nəzərdə tutur: “Almaniya Avropa Birliyində birinci ölkə idi ki, bu qurumda Orta Asiyanı tanıtdı. Bu strateji plan həm Orta Asiya, həm də Avropa Birliyi ölkələrinin marağını analiz edəcək. Orta Asiya ölkələri bu təklifə çox böyük maraqla yanaşdılar. Planın məqsədi hər iki tərəfin maraqlarını daha da geniş əks etdirmək və həyata keçirməkdir”. Daha sonra Gəncə Dövlət Universitetinə baş çəkən səfir burada alman dilinin tədrisi səviyyəsi ilə maraqlanıb. /APA/
Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
18:02
5 may 2024
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024