Conatan Henik: “ABŞ İranın 15 britaniyalı əsgəri azadlığa buraxmasını müsbət qarşılayır”
05 aprel 2007 14:44 (UTC +04:00)
“ABŞ İranın 15 britaniyalı əsgəri azadlığa buraxmasını müsbət qarşılayır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik verib. C. Henik bildirib ki, bu məsələnin ABŞ-İran münasibətləri ilə heç bir əlaqəsi yoxdur. “İranla bağlı mövcud problemlər davam edir və biz bu problemləri diplomatik vasitələrlə və sülh yolu ilə həll etməyi planlaşdırırıq”. C. Henikin sözlərinə görə, ABŞ-ın Azərbaycan ərazisində quraşdırdığı radarlardan istifadə edərək İrandakı vəziyyəti nəzarətdə saxlamaq mümkün deyil: “Bu radarların maksimal uzaqlığı yoxdur, onlar ancaq Azərbaycanın ərazisinə nəzarət edə bilər”. /APA/
Xarici siyasət
Norveçin dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
08:04
2 may 2024
Azərbaycanla Avstraliya arasında siyasi, iqtisadi, əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTO
01:18
2 may 2024
Azərbaycan-İtaliya ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
23:37
1 may 2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
19:15
1 may 2024