Aprelin 16-da Bakıda Latviya səfirliyinin təntənəli açılış mərasimi keçiriləcək
05 aprel 2007 15:01 (UTC +04:00)
Aprelin 16-da Bakıda Latviya səfirliyinin təntənəli açılış mərasimi keçiriləcək. Bu barədə APA-ya Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixailis Popkovs məlumat verib. Onun sözlərinə görə, səfirliyin açılışı Latviyanın xarici işlər naziri Andris Pabriksin Azərbaycana səfəri çərçivəsində gerçəkləşəcək. Açılış mərasiminə Azərbaycan və Latviyanın xarici işlər nazirləri, Avropa İttifaqı və NATO ölkələrinin Azərbaycandakı səfirləri qatılacaqlar. Qeyd edək ki, hazırda Latviyanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq “Caspian Plaza” otelində yerləşir. /APA/
Xarici siyasət
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər
14:36
7 may 2024
Fitso: Slovakiya Azərbaycan qazını alıb Ukraynaya ixrac etməkdə maraqlıdır
13:40
7 may 2024
Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib
13:39
7 may 2024
Slovakiya Baş naziri: Prezident İlham Əliyev ədalətsizliyə qarşı sinə gərir, suveren xarici siyasət aparır
13:31
7 may 2024