Səfir Ann Dersi: “ABŞ Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatdır”
11 aprel 2007 12:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu gün treninqin yekun proqramı keçirilib. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən “İnternews-Azərbaycan”ın direktoru İlham Səfərov bildirib ki, proqram çərçivəsində Gəncə, Quba, Mingəçevir və Lənkərandan olan iştirakçılar jurnalist araşdırmalarına aid süjetlər hazırlayıblar. Treninqləri Moskva Televiziya Akademiyasının təmsilçisi Rauf Məmmədov, tanınmış televiziya eksperti Zeynal Məmmədli və kinoşünas Ayaz Salayev keçiriblər. Səfir Ann Dersi bu cür treninqlərin keçirilməsinin çox vacib olduğunu vurğulayaraq deyib ki, Vaşinqton Azərbaycanda demokratiyanın inkişafına yardım etməyə həmişə hazırdır: “Azad mətbuat olmadan vətəndaşlar öz hökuməti və onun siyasəti haqqında müstəqil məlumat əldə edə bilməz”. Diplomat bəyan edib ki, ABŞ Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahatdır. Səfirin sözlərinə görə, Elmar Hüseynovun qətlinin açılmaması, jurnalistlərə qarşı cəzasız qalmış addımlar, ANS teleşirkətinə lisenziya verilməməsi və s mətbuata qarşı tədbirlər silsiləsindəndir. Jurnalistlərin də həqiqəti yazarkən etik, obyektiv standartlara riayət etmələrinin vacibliyini vurğulayan A. Dersi hesab edir ki, məsuliyyətsiz jurnalistika bu fundamental hüququ məhdudlaşdırmaq üçün bəhanə ola bilməz. Tədbirin sonunda treninqlərin 15 iştirakçısına sertifikatlar təqdim edilib. /APA/
Xarici siyasət
NATO nümayəndəsi Ermənistan XİN başçısının müavini ilə Azərbaycanla sərhədlərin delimitasiyasını müzakirə edib
20:09
7 may 2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib, növbəti toplantı İranda olacaq
19:36
7 may 2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
17:47
7 may 2024
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib
17:24
7 may 2024