Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Voloqodsk vilayətinə səfər edib
13 aprel 2007 11:09 (UTC +04:00)
Aprelin 12-də Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanovun başçılıq etdiyi nümayəndə heyətinin Voloqodsk vilayətinə səfəri başlayıb. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, Q. Osmanov Voloqodsk vilayəti qubernatorun 1-ci müavini N. Vinoqradovla görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Voloqodsk vilayəti arasında iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub, regionda yaşayan 6000-a yaxın azərbaycanlının həyat tərzindən, qarşılaşdıqları problemlərdən və bu problemlərin həlli yolunda görülən işlərdən söz açılıb. Tərəflər Voloqodsk vilayətinin Çerepovets şəhərində cari ilin oktyabr ayında keçiriləcək beynəlxalq layihədə Azərbaycanın “Muğam trio”su ilə təmsil edilməsi və 2008-ci ildə regionda Azərbaycan günlərinin keçirilməsi barədə razılıq əldə ediblər. Q. Osmanov vilayətin Qanunvericilik Şurasının sədri N. Tixomirov, Voloqda şəhərinin meri A. Yakuniç, Rusiya prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsinin Voloqodsk vilayətindəki federal inspektoru S. Pastuxov və Voloqodsk vilayətinin Federal Miqrasiya Xidmətinin rəhbəri B. Kotovla da görüşüb. /APA/
Xarici siyasət
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024