Azərbaycanın İstanbuldakı baş konsulluğu Türkiyədə oxuyan azərbaycanlı tələbələr üçün yarışmalar təşkil edəcək
18 aprel 2007 12:25 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulluğu Heydər Əliyevin anadan olmasının 84 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Baş konsul Səyyad Salahlının APA-ya verdiyi məlumata görə, konfransda Türkiyədə təhsil alan Azərbaycan tələbələri iştirak edəcək. İştirakçılar üçün 9 mükafat təsis olunub. Humanitar, iqtisadi və xarici siyasət sahəsinin hər birində 3 qalib müəyyənləşəcək. Diplomat deyib ki, münsiflər heyəti təqdim olunmuş elmi əsərləri müzakirə edib, mükafata layiq yerləri müəyyənləşdirəcək: “Mükafatlar Heydər Əliyevin doğum günündə - mayın 10-da onun Boğaziçindəki heykəlinin qarşısında düzənlənən törəndə təqdim ediləcək”.
Baş konsulluq mayın əvvəllərində həmçinin Türkiyədə təhsil alan tələbələr arasında 10 şəhərin 16 komandasının iştirakı ilə “Heydər Əliyev Kuboku” uğrunda futbol turniri keçirəcək. 1-3 yerləri tutanlar mükafatlandırılacaq. Yarışmanın xüsusi kuboku olacaq və onun üzərinə hər il çempion olan komandanın adı yazılacaq. /APA/

Xarici siyasət
Argentina Azərbaycan və Ermənistan arasında delimitasiya prosesini alqışlayır
14:52
7 may 2024
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işləri ilə tanış olub
14:49
7 may 2024
Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər imzalana bilər
14:36
7 may 2024
Fitso: Slovakiya Azərbaycan qazını alıb Ukraynaya ixrac etməkdə maraqlıdır
13:40
7 may 2024