Böyük Britaniya və İsveçin ATƏT-dəki nümayəndələri Azərbaycanda mətbuatın vəziyyəti ilə maraqlanıblar
20 aprel 2007 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün onlar APA, Turan agentlikləri və Ayna-Zerkalo qəzetlərinin nümayəndələri ilə görüşüblər. Müzakirələrdə Avropa Şurasının Azərbaycanda mətbuatla bağlı bəyanatları ilə bağlı müzakirələr aparıblar. Görüşdə iştirak edən “Ayna-Zerkalo” qəzetinin nümayəndəsi KİV nümayəndələri mətbuata təzyiqin azaldılması məqsədilə bu sahəyə cavabdeh dövlət məmurlarına qarşı konkret addımlar atmaq, məsələn Avropa ölkələrinə səfər etmək üçün onlara viza verməməyi təklif edib. Britaniyalı diplomat isə Bakıda akkreditə olunmuş diplomatik korpusun Azərbaycan rəhbərliyinə insan haqlarının qorunması prinsipinin stabilliyin vacib tərkib hissəsi olması barədə həmişə mesaj verdiklərini deyib. Qonaqlar Avropanın siyasi paytaxtları hesab olunan Vyana, Brüssel və Strasburq kimi mərkəzlərdə Azərbaycanla bağlı məlumatların olduqca az olduğunu da deyiblər. KİV nümayəndələri həmçinin Avropa qurumlarını Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə əməkdaşlığa çağırıblar.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr aparılıb. Alastar Lonq münaqişənin yaxın zamanlarda həlli variantını görmədiyini deyib. Münaqişənin həllini yalnız ərazi bütövlüyünün qorunması prinsipi əsasında gördüyünü deyən britaniyalı diplomat, Dağlıq Qarabağın Ermənistana birləşməsi variantının heç cür mümkün olmadığını deyib. /APA/

Xarici siyasət
Hikmət Hacıyev: “Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
18:02
5 may 2024
BMT Baş katibinin köməkçisi Emənistanın Azərbaycanla sərhəd bölgələrinə səfər edəcək
14:35
5 may 2024
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024