Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev aprelin 27-də Kubaya səfər edəcək
20 aprel 2007 16:04 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev aprelin 27-də Kubaya səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib. Aqşin Mehdiyev həm də Azərbaycanın Kubada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir. Dörd gün davam edəcək səfər çərçivəsində səfir öz etimadnaməsini Kuba rəhbərliyinə təqdim edəcək. Aqşin Mehdiyevin səfəri zamanı Azərbaycanla Kuba arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi də nəzərdə tutulur. /APA/
Xarici siyasət
Hikmət Hacıyev: UNESCO bir adamın əlində alətə çevrilməməlidir
08:59
3 may 2024
AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Azərbaycanda səfərdədir - FOTO
23:24
2 may 2024
Azərbaycan və Tacikistan XİN-ləri əməkdaşlıq haqqında memorandum imzalayıblar - FOTO
20:33
2 may 2024
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində olub
18:30
2 may 2024