2008-ci ilin sentyabrında Diplomatiya Akademiyasına qəbul magistr proqramı üzrə aparılacaq
27 aprel 2007 13:38 (UTC +04:00)
“Diplomatiya Akademiyasında fəaliyyət göstərən hər kursda 30 diplomat hazırlanır. Burada kurslar əsasən Xarici İşlər Nazirliyinin əməkdaşları üçün keçirilir. Mühazirələr o qədər maraqlı keçir ki, hətta mən özüm oturub qulaq asıram”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev deyib. Onun sözlərinə görə, 2008-ci ilin sentyabrında akademiyaya qəbul magistr proqramı üzrə aparılacaq: “Biz istəyirik ki, heç olmasa 30 nəfərdən ibarət sinif təşkil edək. Onların yarısı xarici ölkələrdən ola bilər”. Akademiyanın rektoru qəbul zamanı beynəlxalq normaların əsas götürüləcəyini bildirib. /APA/
Xarici siyasət
Azərbaycanla Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanacaq
17:13
6 may 2024
Slovakiyanın Baş naziri Robert Fiko Azərbaycana gəlir
17:06
6 may 2024
Füzuliyə gedən ABŞ səfiri dağıntıların miqyasından təsirlənib
17:02
6 may 2024
ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - VİDEO
15:13
6 may 2024