Almaniya səfirliyi “Beynəlxalq parlament təqaüdü” proqramına ərizələrin qəbulunu elan edir
27 aprel 2007 13:43 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfirliyi “Beynəlxalq parlament təqaüdü” proqramına ərizələrin qəbulunu elan edir. Səfirlikdən APA-ya verilən məlumata görə, Almaniya Bundestaqı və Berlin universitetləri tərəfindən həyata keçirilən proqramda iştirak etməklə “Beynəlxalq parlament təqaüdü” (İnternationales Parlaments Stipendium İPS) əldə etmək olar. Proqramın əsas məqsədi gənclərin demokratiyaya və cəmiyyətə maraqlarını artırmaq və onların demokratik həyatda iştirakını həvəsləndirməkdir. “Beynəlxalq parlament təqaüdü” (İPS) demokratik dəyərlərin və tolerantlığın möhkəmlənməsinə, mədəni müxtəlifliyin və sülh şəraitində yaşayışın dəstəklənməsinə qoyulan uzunmüddətli sərmayədir. /APA/
Xarici siyasət
Britaniya səfiri Naxçıvana səfər edib - FOTO
12:52
28 aprel 2024
Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
21:00
27 aprel 2024
ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib
17:44
27 aprel 2024
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
11:54
27 aprel 2024