Bank Of Baku

Mayda İordaniyanın Azərbaycanda səfirliyi açılacaq

Mayda İordaniyanın Azərbaycanda səfirliyi açılacaq
# 30 aprel 2007 14:59 (UTC +04:00)
İordaniyanın Azərbaycanda müvəqqəti işlər vəkili Abel Adaylex sabah Bakıya gələcək. Bu barədə APA-ya Azərbaycanın İordaniyada fövqəladə və səlahiyyətli səfiri Elman Araslı məlumat verib. Onun sözlərinə görə, müvəqqəti işlər vəkili Bakıda diplomatik korpusun missiyasını icra edəcək. Elman Araslı yaxın günlərdə İordaniya hökumətinin Azərbaycana səfir təyin edəcəyini deyib: “Xarici işlər naziri Elmar Məmmədyarovun İordaniyaya səfəri zamanı bu ölkənin Azərbaycanda səfirliyinin açılması məsələsi hərtərəfli müzakirə olunub. Səfirliyin may ayında açılması gözlənilir. Sabah Bakıya gələcək Abel Adaylex səfirliyin tam şəkildə öz funksiyasını həyata keçirməsini təmin edəcək. Hələlik səfirliyin öz iqamətgahı olmadığına görə, onlar icarəyə götürülmüş binada fəaliyyət göstərəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR