Bank Of Baku

Vasif Talıbov İranın yeni baş konsulunun etimadnaməsini qəbul edib

Vasif Talıbov İranın yeni baş konsulunun etimadnaməsini qəbul edib
# 01 may 2007 16:49 (UTC +04:00)
İranın Naxçıvan Muxtar Respublikasına yeni təyin olunmuş baş konsulu Seyid Məhəmməd Təbatəbai etimadnaməsini MR Ali Məclisinin sədri Vasif Talıbova təqdim edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, V. Talıbov Naxçıvan MR-in İranın qonşu vilayətləri ilə geniş əlaqələri olduğunu bildirib. O, aprelin 30-dan rüsumsuz vizanın tətbiqi və keçid prosedurunun sadələşdirilməsinin əlaqələrin daha da inkişafına şərait yaradacağını qeyd edib. Seyid Məhəmməd Təbatəbai də Naxçıvanda işləyəcəyi müddətdə münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR