Bank Of Baku

Norveç Xarici İşlər Nazirliyinin əməkdaşları Bakıda səfərdədir

Norveç Xarici İşlər Nazirliyinin əməkdaşları Bakıda səfərdədir
# 02 may 2007 11:29 (UTC +04:00)
Norveç Xarici İşlər Nazirliyinin iki əməkdaşı Bakıda səfərdədir. Norveçin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Bakıda olan Norveç Xarici İşlər Nazirliyinin MDB üzrə departamentinin rəhbəri Anita Nerqord və departamentin müşaviri Marit Sande xarici işlər naziri müavinləri Araz Əzimov və Xələf Xələfovla məsləhətləşmələr aparıblar. Məsləhətləşmələr zamanı Azərbaycan-Norveç əlaqələrinin vəziyyəti müzakirə olunub. Diplomatlar bu gün Azərbaycan Dillər Universitetində Skandinav Mərkəzinin açılış mərasimində iştirak ediblər. Səfəri bu gün başa vuran Norveç xarici siyasət idarəsinin nümayəndələri axşam Bakıdan Tiflisə gedəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR