Bank Of Baku

Baxış Zeynalov: “Rusiyada tətbiq olunan yeni miqrasiya siyasəti Nijni Novqorodda yaşayan azərbaycanlılar üçün heç bir problem yaratmayıb”

Baxış Zeynalov: “Rusiyada tətbiq olunan yeni miqrasiya siyasəti Nijni Novqorodda yaşayan azərbaycanlılar üçün heç bir problem yaratmayıb”
# 08 may 2007 08:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Nijni Novqorodda Azərbaycan diasporunun keçirdiyi tədbir zamanı Azərbaycan jurnalistlərinə ölkəmizin Rusiyada səfirliyinin müşaviri Baxış Zeynalov bildirib. B. Zeynalov deyib ki, Nijni Novqorodun birinci vitse-qubernatoru Serqey Potapovla sox səmərəli, geniş söhbət aparıb. S. Potapov burada yaşayan azərbaycanlıların fəaliyyətindən razı olduğunu, onların həm səhiyyə, həm təhsil, həm də biznes sahəsində vilayətin inkişafı üçün çalışdıqlarını qeyd edib. Rusiyada yeni miqrasiya siyasətinin tətbiqi ilə bağlı müəyyən gərgin vəziyyətin yarandığını xatırladan B. Zeynalov Nijni Novqorod rəhbərliyinin azərbaycanlıların bu vilayətdə qalmasının, buraya gəlməsinin tərəfdarı olduğunu bəyan edib: “Burada azərbaycanlılara heç bir problem yaratmırlar, miqrasiya baxımından bu vilayətdə heç bir problem yoxdur, nə hüquq mühafizə orqanları, nə vilayətin hər hansı inzibatı orqanlarının bizim millətin nümayəndələrinə heç bir iradları yoxdur”. Vilayətin Balaxna şəhərində bir qədər əvvəl baş vermiş hadisələrə dair sualı cavablandıran diplomat deyib ki, diaspor nümayəndələri, inzibati orqanların təmsilçiləri ilə keçirilmiş görüşdən məlum olub ki, həmin problemlərin hamısı həllini tapıb: “O hadisələrin müəyyən dərəcədə kriminal əsasları vardı, müəyyən dərəcədə anlaşılmazlıq baş vermişdi. Hazırda isə bu vilayətdə bizi narahat edən hər hansı məqam yoxdur”. B. Zeynalov onu da bildirib ki, Rusiya Miqrasiya Xidməti ilə səfirliyin çox işgüzar münasibətləri yaranıb, diplomatik missiyamızın xahişi ilə bu xidmətlə səfirlik arasında qaynar xəttə bənzər əlaqə mövcuddur: “Gündəlik olaraq bizə məlumatlar gəlir və hər hansı Azərbaycan vətəndaşının hüquqlarının pozulması haqqında məlumat gələn kimi lazımi reaksiya verilir, problemin aradan qaldırılması üçün tədbirlər görünür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR