Bank Of Baku

Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə Qaqauz Yerinin başqanı Mixail Formuzalla görüşüb

Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə Qaqauz Yerinin başqanı Mixail Formuzalla görüşüb
# 08 may 2007 08:52 (UTC +04:00)
Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri İsfəndiyar Vahabzadə mayın 7-də Qaqauz Yerinə səfər edib. Qaqauz Yeri Başqanının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsfəndiyar Vahabzadəni səfərdə səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Bəhruz Məmmədli və Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov müşayiət edib. Səfir İsfəndiyar Vahabzadə ilə Qaqauz Yerinin başqanı Mixail Formuzal arasında keçirilən görüşdə Azərbaycanla bu muxtar bölgə arasında ikitərəfli iqtisadi-ticari, elmi və mədəni əlaqələrin perspektivləri müzakirə olunub. Mixail Formuzal səfirin bu səfərinin ikitərəfli əlaqələrin yeni mərhələsinin əsasını qoyacağına ümidvar olduğunu deyib: “Biz xüsusilə şərab istehsalı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə, qaqauz şərabının Azərbaycan bazarına idxalına ümid bəsləyirik. Bundan başqa Qaqauz Yeri ərazisində neft və qaz yataqlarının istismarı, geoloji-kəşfiyyat işlərində əməkdaşlıq mümkündür”. Səfir İsfəndiyar Vahabzadə Qaqauz Yerinin Azərbaycan üçün cəlbedici iqtisadi-ticari tərəfdaş olduğunu, ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini deyib: “Qaqauz Yeri ilə Azərbaycan eyni dil, eyni tarixi köklər bağlayır. Bu səfər Qaqauz Yeri ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın əsasını qoymuş olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR