Bank Of Baku

Baxış Zeynalov: “Çalışacağıq ki, Ağəli Alışovu güllələyən şəxslər cinayət məsuliyyətinə cəlb olunsun”

Baxış Zeynalov: “Çalışacağıq ki, Ağəli Alışovu güllələyən şəxslər cinayət məsuliyyətinə cəlb olunsun”
# 08 may 2007 09:15 (UTC +04:00)
Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən tədbirdə ermənilər tərəfindən güllələnmiş soydaşımız Ağəli Alışov artıq xəstəxanadan evə buraxılıb. APA-nın məlumatına görə, bu açıqlamanı Nijni-Novqorodda səfərdə olan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalov verib. Onun sözlərinə görə, səfərliyin və digər maraqlı qurumlarımızın səyi nəticəsində universitetdə baş vermiş insidentlə bağlı cinayət işi qaldırılıb. “Biz çalışacağıq ki, bu məsələnin konkret nəticələri olsun, bizim vətəndaşımıza zərər vuran şəxslər cinayət məsuliyyətinə cəlb edilsinlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR