Bank Of Baku

Ann Dersi: “Azərbaycanda beş jurnalistin həbs olunması bizi ciddi narahat edir”

Ann Dersi: “Azərbaycanda beş jurnalistin həbs olunması bizi ciddi narahat edir”
# 08 may 2007 14:39 (UTC +04:00)
“ABŞ mətbuat azadlığını demokratiya və azadlıqların qarantı hesab edir. Demokratik ölkələrdə mətbuat azadlığına dəstək vermək üçün bütün vasitələrdən istifadə olunur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ann Dersi verib. O, demokratik cəmiyyətlərdə mətbuatda böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasının zəruriliyini vurğulayıb: “Demokratik cəmiyyətlərdə mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Mətbuat öz vəzifəsinin yerinə yetirməsi üçün öz işini peşəkar səviyyədə və dəqiqliklə görməlidir. Jurnalistlərə qarşı istənilən zorakılıq aktlarını kəskin şəkildə pisləyirik. Azərbaycanda beş jurnalistin həbs olunması bütün dünya ictimaiyyəti kimi bizi də ciddi narahat edir. Ümid edirik ki, Azərbaycanda mülki cəmiyyət institutları, qeyri-hökumət təşkilatları və hökumət demokratiya uğrunda əməkdaşlıq edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR