Bank Of Baku

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda Heydər Əliyevin xatirəsi yad olunub

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda Heydər Əliyevin xatirəsi yad olunub
# 11 may 2007 11:55 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda Heydər Əliyevin doğum günü qeyd olunub. APA-nın Amerika bürosunun məlumatına görə, şəhərin tanınmış simaları, bir sıra diplomatik və yerli icma nümayəndələrinin qatıldığı anım mərasimində Heydər Əliyevin Azərbaycanın son 35 illik tarixində oynadığı böyük roldan söz açıblar. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov prezident Heydər Əliyevin ABŞ-ın siyasi rəhbərliyində çox ciddi qəbul olunduğunu, rəsmi görüşlərin protokolda nəzərdə tutulandan çox vaxt uzun çəkdiyini deyib. “Azərbaycan İnternational” jurnalının baş redaktoru Betty Blair bildirib ki, Heydər Əliyevdən ən çox müsahibə alan xarici jurnalist olub. O, rəhbərlik etdiyi jurnalda prezidentin 7 eksklüziv müsahibəsinin dərc olunduğunu və hər bir müsahibənin maraqlı anlarla yadda qaldığını söyləyib. Amerikalı iş adamı Fərrux Naxçıvani isə 1992-ci ildə Heydər Əliyevlə Naxçıvanda görüşdüyünü və adi insanların ona olan sevgisinin şahidi olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR