Bank Of Baku

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Murmansk vilayətinə işgüzar səfər edəcək

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Murmansk vilayətinə işgüzar səfər edəcək
# 11 may 2007 15:45 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov mayın 13-14-də Murmansk vilayətində işgüzar səfərdə olacaq. Bu barədə APA-ya məlumat verən Q. Osmanov bildirib ki, Murmansk vilayətinin qubernatoru, Murmansk şəhərinin meri, daxili işlər və federal miqrasiya orqanlarının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Mayın 13-də Murmansk şəhərinin “Ledovıy” sarayında faşizm üzərində qələbə ilə bağlı Baş Konsulluq və Murmansk administrasiyası birgə konsert təşkil edəcək. Tədbirdə Azərbaycan musiqiçilərinin də çıxışı nəzərdə tutulur.
Mayın 14-də isə Murmansk şəhərinin Mərkəzi Kitabxanasında “Azərbaycan ədəbiyyatı” adlı bölmənin rəsmi açılışı olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR