Bank Of Baku

Bu gün Almaniyanın Azərbaycandakı səfiri Şəkiyə gedəcək

Bu gün Almaniyanın Azərbaycandakı səfiri Şəkiyə gedəcək
# 14 may 2007 08:40 (UTC +04:00)
Bu gün Almaniyanın Azərbaycandakı səfiri Per Stankina Şəkiyə səfər edəcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki RİH-dən məlumat verilib. Per Stankinanın səfərində məqsəd rayonda alman dilinin tədris olunduğu Zəyzid və Qoxmud kənd orta məktəblərinin müəllim və şagird kollektivi ilə görüşməkdir. Səfirin şagirdlərin alman dilində yazdığı inşalarla və fotosərgi ilə tanış olması da nəzərdə tutulub. Diplomatın rayonda alman dili tədris olunan məktəblərə hədiyyələr verməsi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR