Stepan Volkovetski: “Qubada aşkarlanmış kütləvi məzarlıq barədə məlumatlar Ukraynada diqqətlə izlənilir”

Stepan Volkovetski: “Qubada aşkarlanmış kütləvi məzarlıq barədə məlumatlar Ukraynada diqqətlə izlənilir”
# 14 may 2007 10:42 (UTC +04:00)
Qubada aşkarlanmış kütləvi məzarlıq barədə məlumatlar Ukraynada diqqətlə izlənilir. APA-nın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Stepan Volkovetski Qubada jurnalistlərlə söhbətində bildirib ki, ölkəsi belə faktlara çox həssas yanaşır: “Ukrayna ilə Azərbaycanın tarixində çoxlu oxşar hadisələr var. 1918-ci ildə həm Ukrayna, həm də Azərbaycan öz müstəqilliklərini elan etmişdilər. Həm bizim, həm də sizin azadlığınız eyni xarici qüvvələr bolşevik hakimiyyəti tərəfindən əlimizdən alınmışdı. Mübarizə aparan xalqlarımız böyük itkilər veriblər, böyüməkdə olan nəsli bu tarixin üzərində tərbiyə etmək lazımdır”. APA-nın “İkinci Dünya müharibəsi illərindən kütləvi məzarlıqların araşdırılmasında təcrübəsi olan Ukrayna Azərbaycana yardım edə bilərmi” sualını cavablandıran səfir deyib ki, Qubada tapılmış məzarlıq hərtərəfli tədqiq olunmalıdır: “Bizim tək həmin müharibə ilə bağlı yox, həm də 20-ci illərdə baş vermiş hadisələr və 1932-33-cü illərdə aclıqdan 10 milyona yaxın insanın öldüyü Qolodomor illəri məzarlıqlarının tədqiqi sahəsində təcrübəmiz var. Bu hadisələr tarixçilər, alimlər tərəfindən araşdırılır. Kütləvi məzarlıqlarla bağlı hadisələrə həm də siyasi qiymət verilməlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR