Kşiştof Krayevski: “Krakovda keçirilən enerji sammitinin çox uğurlu nəticələri olub”

Kşiştof Krayevski: “Krakovda keçirilən enerji sammitinin çox uğurlu nəticələri olub”
# 14 may 2007 12:10 (UTC +04:00)
“Krakovda Polşa, Azərbaycan, Gürcüstan, Ukrayna və Litva prezidentlərinin və Qazaxıstanın enerji naziri müavinin iştirakı ilə keçirilmiş enerji sammiti çox uğurlu olub”. Bu açıqlamanı APA-ya Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski verib. Səfirin sözlərinə görə, prezidentlər Xəzərin karbohidrogen ehtiyatlarının nəqlinə dair alternativ variantları üzərində işləyəcək hökumətlərarası qrupun yaradılması barədə qərar qəbul ediblər. Kşiştof Krayevski bu görüşün keçirilməsinə dair Polşanın təşəbbüsünü ölkəsinin bütün Avropa üçün maraqlı olan bu regiona maraq göstərməsi ilə əsaslandırıb. Krakov sammiti ilə paralel olaraq Aşqabadda Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin görüşünə münasibət bildirən diplomat deyib ki, bu görüşlər təsadüfən üst-üstə düşüb. O, Rusiya Dövlət Dumasında Krakov görüşünün Rusiya əleyhinə yönəlmiş bir addım olması barədə fikirlərə münasibət bildirən Krayevski bildirib ki, bu məsələləri siyasiləşdirmək lazhım deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR