Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov Murmanska işgüzar səfər edib

Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov Murmanska işgüzar səfər edib
# 14 may 2007 13:41 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov Murmansk vilayətində işgüzar səfərdə olub. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan məlumat verilib. Səfərdə baş konsulu Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Rusiya üzrə şöbəsinin müdiri Ş. Salmanov, Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktorunun müavini G. Həmzəyev müşayiət ediblər. Səfər zamanı Murmansk Mərkəzi Kitabxanasında “Azərbaycan ədəbiyyatı” adlı bölmənin rəsmi açılışı keçirilib. Baş konsulluq tərəfindən kitabxanaya müasir Azərbaycanın həyatını, Dağlıq Qarabağ münaqişəsini əks etdirən kitab və kitabçalar hədiyyə edilib. Murmansk meri, daxili işlər və federal miqrasiya orqanlarının rəhbərliyi ilə keçirilmiş görüşlər zamanı vilayətdə yaşayan azərbaycanlılarının həyat tərzi, leqallaşma prosesində iştirakı, ikitərəfli mədəni və iqtisadi məsələlər müzakirə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR