Səfir Vasili İstratov: “Rusiya telekanallarının Azərbaycan ərazisində translyasiyası məsələsinə baxmağa hazırdır”

Səfir Vasili İstratov: “Rusiya telekanallarının Azərbaycan ərazisində translyasiyası məsələsinə baxmağa hazırdır”
# 14 may 2007 16:44 (UTC +04:00)
Səfirin sözlərinə görə, hələlik yeri müəyyən olunmayan biznes-foruma hazırlıq işləri aparılır. V. İstratov Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının görüşünün vaxtının isə gələn həftə dəqiqləşəcəyini bildirib.
Milli Teleradio Şurasının Azərbaycan ərazisində Rusiya telekanallarının translyasiyasının kəsilməsi barədə qərarına gəlincə, səfir bununla bağlı danışıqların hələlik başlamadığını söyləyib: “Rusiya bu məsələ ilə əlaqədar Azərbaycan tərəfinə nota göndərib və danışıqların başlaması üçün reaksiya gözləyir”. V. İstratov əlavə edib ki, Rusiya telekanallarının Azərbaycan ərazisində translyasiyası məsələsinə baxmağa hazırdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR