Polşanın Azərbaycandakı səfiri Samuxa gedəcək

Polşanın Azərbaycandakı səfiri Samuxa gedəcək
# 15 may 2007 08:47 (UTC +04:00)
Sabah Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski Samux rayonuna gedəcək. Bu barədə APA-nın qərb bürosuna Samux Rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev məlumat verib. Onun sözlərinə görə, Polşa səfirliyi tərəfindən rayonun Sarıçanaq kənd məktəbinin iki sinif otağı əsaslı təmir olunub: “Polşanın ölkəmizdəki səfiri və səfirliyin nümayəndələri həmin siniflərə baxış keçirəcəklər. Səfirlik tərəfindən məktəbə həmçinin 10 ədəd müasir kompüter də hədiyyə olunacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR