Bakıda Qazaxıstanın Silahlı Qüvvələrinin yaranmasının 15 illiyi qeyd olunub

Bakıda Qazaxıstanın Silahlı Qüvvələrinin yaranmasının 15 illiyi qeyd olunub
# 15 may 2007 12:49 (UTC +04:00)
APA-nın məlumatına görə, hərbi attaşe, polkovnik Rımbek Tursaqatov ölkəsinin Silahlı Qüvvələrinin yaranma tarixi, bugünkü vəziyyəti, perspektivləri barədə məlumat verib, Qazaxıstanla Azərbaycan arasında hərbi əməkdaşlıqdan danışıb. Azərbaycanın Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri, general-mayor Ramiz Nəcəfov Qazaxıstan Silahlı Qüvvələrinin yaranmasının yubileyi münasibətilə təbrik edib, bu ölkənin Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıqdan məmnunluqla danışıb. Tədbirdə Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, xarici ölkələrin hərbi ataşeləri, ictimaiyyət nümayəndələri iştirak ediblər./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR