Bank Of Baku

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərinin proqramı hazırlanır

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfərinin proqramı hazırlanır
# 15 may 2007 13:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov məlumat verib. Onun sözlərinə görə, Sergey Lavrovun səfər proqramı hələ hazırlıq mərgələsindədir, bununla belə xarici işlər nazirinin dövlət rəsmiləri ilə görüşləri artıq dəqiqləşdirilib. Sergey Lavrovun əsas görüşü azərbaycanlı həmkarı ilə olacaq. Elmar Məmmədyarovla görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin müxtəlif sahələrinə dair məsələlər, o cümlədən Xəzərin hüquqi statusu, regional əməkdaşlıq, regional təhlükəsizlik, Rusiya telekanallarının Azərbaycan ərazisinə yayımı və s. məsələlər müzakirə ediləcək. Vasili İstratovun sözlərinə görə, Sergey Lavrovu səfərdə geniş nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyətinin tərkibinə Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbərləri daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR