Vasili İstratov: “Etiraf edirəm ki, rəsmi Bakı notaya verdiyimiz cavabdan razı qalmayıb”

Vasili İstratov: “Etiraf edirəm ki, rəsmi Bakı notaya verdiyimiz cavabdan razı qalmayıb”
# 15 may 2007 13:42 (UTC +04:00)
“Azərbaycanın Rusiyaya verdiyi notaları cavablandırmaq mənim səlahiyyətimə daxil olan məsələ deyil. Biz ilk notaya cavab vermişik və qarşı tərəfin reaksiyası ilə də tanışıq. Bu cür cavablar təkcə Azərbaycanın deyil, digər ölkələrin notalarına da verilir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov verib. Səfir bildirib ki, Azərbaycanın notasına verilən cavabda Rusiya qanuvericiliyində media azadlığı və senzuranın yolverilməzliyi ilə bağlı müvafiq maddəyə istinad olunub: “Bizim qanunvericiliyə görə, ölkədə senzura yolverilməzdir və notanın cavabında da bununla bağlı maddəni göstərmişik. Rusiya qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin bizdə senzura olmadığına görə, hansısa kanala göstəriş verə bilmərik”. Bununla belə sfir etiraf edib ki, rəsmi Bakı notaya verilən cavabdan razı qalmayıb: “Lakin bu, Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyəcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR