Vasili İstratov: “Azərbaycanın Krakov sammitində iştirakı normal haldır”

Vasili İstratov: “Azərbaycanın Krakov sammitində iştirakı normal haldır”
# 15 may 2007 13:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov verib. Dövlət Dumasının Krakovda keçirilən enerji sammitini antirusiya xarakterli aksiya kimi dəyərləndirməsinə münasibət bildirən səfir qanunverici orqanın bu mövqedən çıxış etməsinin başa düşülən olduğunu deyib. Vasili İstratov Azərbaycanın həmin sammitdə iştirakını təbii qarşılayıb: “Azərbaycanın Krakovda keçirilən sammitdə iştirakı təbiidir. Ölkə öz enerji ehtiyatlarını nəql etmək üçün əlavə yollar axtarır və bu da normal haldır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR