Vasili İstratov: “Söhbət Avropa regionunun təhlükəsizliyindən gedirsə, nə üçün regionda raket hücumundan müdafiə sistemi yerləşdirilir?”

Vasili İstratov: “Söhbət Avropa regionunun təhlükəsizliyindən gedirsə, nə üçün regionda raket hücumundan müdafiə sistemi yerləşdirilir?”
# 15 may 2007 13:44 (UTC +04:00)
“Avropada yeni raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi məsələsini dəfələrlə müzakirə etmişik. Rusiya üçün aydın olmayan yeganə məsələ var. Əgər söhbət regionun təhlükəsizliyindən gedirsə, o zaman nə üçün regionda raket hücumundan müdafiə sistemi yerləşdirilir? Axı o sistem həmin regionun təhlükəsizliyi üçün heç nə edə bilməz”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov verib. Səfir bu məsələ ilə bağlı qarşı tərəfə ünvanladıqları suallara əsaslı cavab verilmədiyini deyib: “Nə üçün Avropada raket hücumundan müdafiə sistemi yerləşdirirsiniz sualına cavab olaraq bizə yalnız bildirirlər ki, həmin sistem Rusiyaya qarşı yönəlməyib. Biz onlardan sistemin nə üşün yerləşdirildiyini soruşuruq, həmin sistemin bizə qarşı yönəlib-yönəlmədiyini deyil. Amma tək cavab var: Bu sistem Rusiyaya qarşı yönəlməyib”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR