Rusiya səfiri: “RTR kanalına yayım məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycandan heç kəs müraciət etməyib”

Rusiya səfiri: “RTR kanalına yayım məsələsi ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycandan heç kəs müraciət etməyib”
# 15 may 2007 13:44 (UTC +04:00)
APA-nın məlumatına görə, səfir konfransda Rusiya telekanallarının Azərbaycan ərazisində yayımı, iki ölkə arasında iqtisadi-ticarət balansı, Estoniya-Rusiya münasibətləri, Sergey Lavrovun Azərbaycana gözlənilən səfəri, Avropada raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi və digər məsələlərə toxunub. Rusiya telekanallarının Azərbaycan ərazisində yayımı ilə bağlı problemə toxunan səfir qeyd edib ki, bununla bağlı qərarı Azərbaycan tərəfi verəcək: “Əgər Azərbaycan hesab edirsə ki, Rusiya kanalları ölkə ərazisində yayımlana bilməz, bu, Azərbaycanın öz işidir. RTR kanalına yayım məsələsi ilə bağlı danışıqlar aparmaq üçün heç kəs müraciət etməyib”. Xəzərin statusu ilə bağlı məsələyə toxunan səfir beştərəfli danışıqlar prosesində irəliləyişlər olduğunu bildirib: “Hər ölkə bu məsələdə öz marağını müdafiə etməyə çalışır, gələcək danışıqlar üçün müəyyən perspektivlər mövcuddur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR