XİN-in Naxçıvan İdarəsi diplomatik xidmətə işə qəbul üçün müsabiqə elan edib

XİN-in Naxçıvan İdarəsi diplomatik xidmətə işə qəbul üçün müsabiqə elan edib
# 15 may 2007 15:01 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı İdarəsi diplomatik xidmətə işə qəbul məqsədilə müsabiqə elan edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, sənədlərin qəbuluna mayın 17-dən başlanacaq və proses iyun ayının 2-dək davam edəcək. Müsabiqəyə ali təhsilli, xarici dili sərbəst bilən, diplomatik vəzifələrdə işləmək üçün beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq iqtisadi münasibətlər sahələrində xüsusi biliklərə malik olan Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşlar buraxılacaq.
Qeyd edək ki, müsabiqə üç mərhələdə keçiriləcək. İlk mərhələ mövcud qanunvericiliyə əsasən, TQDK tərəfindən keçirilən test üsulu ilə imtahandan, digər iki mərhələ isə müvafiq olaraq XİN-də keçirilən inşa və müsahibədən ibarətdir. XİN-in Naxçıvan Muxtar Respublikasındakı İdarəsi diplomatik xidmətə işə qəbul üçün artıq ikinci dəfədir müsabiqə keçirilir. İlk proses ötən il baş tutub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR