Azərbaycanın Almaniyadakı səfirliyi Xankəndiyə səfər etmiş Almaniya nümayəndə heyəti ilə bağlı araşdırma aparır

Azərbaycanın Almaniyadakı səfirliyi Xankəndiyə səfər etmiş Almaniya nümayəndə heyəti ilə bağlı araşdırma aparır
# 17 may 2007 16:12 (UTC +04:00)
Almaniyanın siyasi, ictimai və işgüzar dairələrinin təmsilçilərindən ibarət nümayəndə heyəti Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında səfərdədir. Nümayəndə heyəti hazırda qondarma qurumun rəsmiləri ilə görüşlər keçirir. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya bildirib ki, nazirlik bu faktla bağlı ölkəmizin Almaniyadakı səfirliyinə araşdırma aparmağı və öz rəsmi etirazını bildirməyi tapşırıb. Qeyd edək ki, Xankəndiyə səfər edən nümayəndə heyətinin tərkibində Bundestaqın deputatı Markus Qizeke də var. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR