Bank Of Baku

Almaniya Xarici İşlər Nazirliyi: “Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, Dağlıq Qarabağ adlı qurumu isə tanımırıq”

Almaniya Xarici İşlər Nazirliyi: “Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, Dağlıq Qarabağ adlı qurumu isə tanımırıq”
# 18 may 2007 12:56 (UTC +04:00)
APA-nın saytında erməni mənbələrinə istinadən Dağlıq Qarabağda Almaniyanın siyasi, ictimai və işgüzar dairələrinin təmsilçilərinin, o cümlədən Bundestaqın deputatı Markus Qizekenin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda səfərdə olduqları barədə yerləşdirilmiş yazı əsasında Azərbaycanın Almaniyadakı səfirliyi bu gün bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Səfirliyin ikinci katibi Nəsimi Ağayev APA-ya deyib ki, Almaniya Xarici İşlər Nazirliyindən bu səfərlə bağlı onlarda məlumat olmadığını söyləyiblər: “Almaniya xarici siyasət idarəsindən səfirliyə rəsmi şəkildə bildirdilər ki, Berlin Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ adlı qurumu isə tanımırlar. Nazirlikdən həmçinin bildiriblər ki, hökumət səviyyəsində Dağlıq Qarabağa səfərlər təşkil olunmur, Almaniyanın qeyri-hökumət təşkilatlarının Dağlıq Qarabağa səfərlərini Almaniya hökuməti nəzarətində saxlaya bilmir, bu kimi səfərlər fərdi qaydada həyata keçirilir”. İşğal altında olan Dağlıq Qarabağa səfər edən nümayəndə heyətinin tərkibində Bundestaqın üzvü olduğunu gəldikdə isə, Xarici İşlər Nazirliyində bildiriblər ki, bu, tamamilə yalan məlumatdır: “Çünki, Bundestaqda Markus Qizeke adlı adam yoxdur. Parlamentin nə indiki, nə də son 15 il ərzindəki tərkibində bu adda parlamentar olmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR