Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Gəncəyə səfər edib

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Gəncəyə səfər edib
# 18 may 2007 16:09 (UTC +04:00)
Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu Gəncəyə səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, səfər çərçivəsində səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Bundan sonra səfir Heydər Əliyevin abidəsi önünə gül və əklil dəstələri qoyub. Günün ikinci yarısında Hüseyn Avni Karslıoğlu Gəncə Dövlət Universitetində təhsil alan türk tələbələrlə görüşüb. O, tələblərin problemləri ilə maraqlanıb, onlara rus, ingilis və Azərbaycan dillərini mükəmməl öyrənməyi tövsiyə edib. Qeyd edək ki, Gəncə Dövlət Universitetində 24 türkiyəli tələbə təhsil alır.
Səfir universitetdə türkiyəli və yerli iş adamları ilə də görüşüb. Daha sonra Gəncə Şərab -2 müəssisəsinə baş çəkən diplomat buradan Türkiyə-Azərbaycan Gəncə Özəl Türk Litseyinə gəlib . Litseyin kompüter, kimya, fizika otaqları ilə yaxından tanış olan Hüseyn Avni Karslıoğlu Fatoğlu un fabrikinə də baş çəkib.
Qeyd edək ki, səfir Hüseyn Avni Karslıoğlu sabah da Gəncə şəhərində olacaq və Gəncə Tarix Diyarşünaslıq Muzeyinə, Cavad xan türbəsinə və digər tarixi abidələrə baş çəkməsi və Göy gölə səfəri gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR